Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda konfrans keçirib. Şuradan Lent.az-a verilən məlumata görə, DQİDK-nin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin hazırda çox aktual olduğunu və Azərbaycanda bu sahənin sabit və sistemli şəkildə inkişaf etdiyini deyib.
Konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev keçirilən toplantının dövlət-din və cəmiyyət münasibətlərinin tənzimlənməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib. Şura sədri ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, cəmiyyət həyatının dindən kənar olmadığını bildirib.
Toplantının sonunda Şura sədri Azay Quliyev və DQİDK-nin sədri Mübariz Qurbanlı iki qurum arasında əməkdaşlıq memorandumu imzalayıblar.