Sumqayıtda yeniyetmələrin peşə seçiminə dair layihə icra olunur
28 noyabr 2017 12:04 (UTC +04:00)

Sumqayıtda yeniyetmələrin peşə seçiminə dair layihə icra olunur

0

 

 
Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Öz peşəni seç” layihəsi icra edilir.
 
 
Lent.az-ın məlumatına görə, layihə çərçivəsində Sumqayıt şəhər 4 saylı tam orta məktəbdə növbəti tədbir keçirilib.
 
 
Tədbirdə layihə rəhbəri Alidə İbrahimova çıxış edərək yeniyetmələri peşə seçimində diqqətli olmağa çağırıb. O bildirib ki, öz peşəsinin sahibi olmaq üçün gərək sevdiyin peşəni seçəsən. Özü saç və makiyaj ustası olan layihə rəhbəri sevdiyi peşəni seçməsindən məmnun olduğunu deyib. Layihə rəhbəri bu peşəyə yiyələnmək üçün kurslara getdiyini, imtahan verdiyini və hazırda seçdiyi peşədə həvəslə işlədiyini bildirib.
 
 
Layihənin eksperti Nurlan Cabbarov yeniyetmələrə peşə seçimində məsuliyyətli olmanın, seçdikləri peşənin onların gələcək həyatlarında vacib rolundan danışıb. N. Cabbarov günün tələbinə uyğun peşələr (PR meneceri, İT mütəxəssisi, turizm bələdçisi və s.) haqqında məlumat verərək hər bir peşənin özünəməxsusluğu və əhəmiyyətini qeyd edib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 419

Oxşar yazılar