Sumqayıtda hicablı tələbələr dərsə buraxılmadılar
16 sentyabr 2014 11:50 (UTC +04:00)

Sumqayıtda hicablı tələbələr dərsə buraxılmadılar

 

Yeni təhsil ilində 1-ci kursa başlamaq istəyən bir neçə hicablı tələbə bu gün Sumqayıt Dövlət Universitetinə daxil olsa da, universitet rəhbərliyi onları təhsil ocağına buraxmayıb. Lent.az-ın “azadxeber.az” saytına istinadən xəbərinə görə, nəticədə tələbələr universitetə daxil ola bilməyiblər. 
 

 

Universitetin Humanitar Məsələlər Üzrə prorektoru Nizami Namazov belə bir hadisənin baş verdiyini təsdiq edib. O bildirib ki, I kurs tələbəsi olan 3 nəfər hicablı tələbəni dərsə buraxmayıb: “Həmin tələbələrlə söhbət zamanı onlara bildirdik ki, sizin şəxsiyyət vəsiqənizdəki fotonuz başı açıq olduğu kimi, universitetə də hicabsız gəlməlisiniz. Bizim universitet dünyəvi bir təhsil ocağıdır və burada ilahiyyatla bağlı hər hansı dərs keçirilmir. Ona görə də hicabla dərsə gəlmək olmaz. Düzdür ki, Azərbaycan bayrağının rənglərindən biri məhz islamla bağlıdır. Amma bu o demək deyil ki, universitetə hicablı gəlməlisən. Bu baxımdan universitetə sivil qaydada geyinərək gəlmək lazımdır. Düzdür ki, ölkəmizdə belə bir qadağa yoxdur. Amma hər bir orta məktəbin və ya universitetin özünəməxsus geyim qaydaları olmalıdır”:

Prorektor bildirib ki, universitetə müasir formada geyinərək gəlmək, sadəcə olaraq, bir tələbdir: “Hicab özü dini geyimi göstərən bir amildir. Biz tələbələrimizə təklif edirik ki, universitetə hicabsız gəlsinlər. Yenə deyirəm ki, universitetimiz dünyəvi elmləri tədris edən ali məktəbdir və tələbələrin hamısı müasir geyim formasında universitetə gəlməlidir”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1706
avatar

Oxşar yazılar