Azərbaycan Fransanın “Lactalis” şirkəti ilə ölkəmizdə süd istehsalının artırılması və emalının təşkili sahəsində əməkdaşlıq edəcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent .az-a verilən məlumata görə, bu məsələ kənd təsərrüfatı naziri İsmət Abbasovla şirkətin icraçı direktoru Mişel Nalet ilə görüşdə müzakirə olunub. Nazir əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə şirkətin nümayəndələrini ölkəmizə dəvət edib.
Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Bernard Vallat ilə görüşdə isə idman atlarının beynəlxalq yarışlarda iştirak etməsi üçün qoyulan normalara yenidən baxılması müzakirə olunub, ümumi razılıq əldə edilib.
ANAR MƏCİDZADƏ