“Bəyəm sizə benzin pulu söz vermişdilər?”
“Biz rayonlara gedib, seçicilərlə görüşmək üçün benzinə xeyli pul sərf edirik. Ya Milli Məclis bu məsələyə baxsın və bizə benzin pulu versin, ya da bununla bağlı başqa iş görülsün”.
Lent.az-ın məlumatına görə, bunu VHP sədri, deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, onun deputat seçildiyi rayon Bakıdan çox uzaqdı və hər dəfə seçiciləri ilə görüşməyə getmək üçün xeyli xərc çəkməli olur. Deputat parlamentin bu məsələyə baxmasını istəyib.
Spiker Oqtay Əsədov isə S. Rüstəmxanlının bu çıxışına replika ataraq bildirib ki, onlar deputat seçiləndə heç kimə benzin xərclərini ödəmək barədə söz verməyib: “Bəyəm siz deputat seçiləndə kimsə söz vermişdi ki, sizə benzin pulu veriləcək? Mən başa düşmürəm, bu məsələ keçən dəfə də qaldırıldı və münasibət bildirildi”.

Spiker də benzindən danışdı
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12