Sosial yardımla bağlı təzə   xəbər var
18 fevral 2013 17:08 (UTC +04:00)

Sosial yardımla bağlı təzə xəbər var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliklər edilməsi barədə  layihə hazırlanıb. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Layihədə aztəminatlı ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirmələri və   dövlətin sosial yardımından asılılığının aradan qaldırılmasına şərait yaradılması üçün  birdəfəlik ünvanlı sosial yardım –“Özünədəstək” proqramının icrası nəzərdə tutulur.

Qanun layihəsində ailə tərkibi və əmlak vəziyyətində ünvanlı yardım almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilməyən ailələrə bu yardımların təyinat müddətinin iki, yaxud daha uzun müddətə uzadılması əksini tapıb. Qanun layihəsi aidiyyatı təşkilatlarla razılaşdırılıb və yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Oxşar yazılar