Sosial xidmət sahələri üzrə müsabiqələrin yekunlarına dair təqdimat mərasimi keçirilib
06 iyun 2013 12:31 (UTC +04:00)

Sosial xidmət sahələri üzrə müsabiqələrin yekunlarına dair təqdimat mərasimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət sahələri üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün elan edilən müsabiqələrin ilkin yekunlarına dair təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov qeyd edib  ki, ölkə prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı uşaqların müdafiəsinə, onların sağlamlığının və gələcəyinin təminatına ölkə rəhbəri tərəfindən göstərilən qayğının nəticəsidir.

 

Nazir onu da qeyd edib ki, bu sərəncam sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial xidmətlərdə nəzərə çarpan irəliləyişə nail olmağa şərait yaradır: “Bu sənəd sosial xidmətlər sahəsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın daha sistemli şəkildə qurulması üçün mühüm stimuldur. Bu prosesdə 70-ə yaxın QHT-nin təklifləri əsasında uzun müddətli müzakirələr aparılıb və artıq işlərin görülməsi üçün komissiyalar yaradılıb. Bu gündən etibarən 4 layihənin icrasına başlanılır. Bunlardan ikisi sosial cəhətdən çətin vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara, digər ikisi isə sağlamlıq imkanları məhdud olan uşaqlara sosial xidmətlərin göstərilməsini nəzərdə tutur”.
 

Tədbirin davamında müsabiqələrin nəticələri elan edilib və icra ediləcək layihələr haqqında məlumatlar ictimaiyyətə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar