Sonuncu sınaq imtahanının doğru cavabları açıqlanıb
30 aprel 2018 17:32 (UTC +04:00)

Sonuncu sınaq imtahanının doğru cavabları açıqlanıb

0

 

Aprelin 29-da keçirilən sonuncu sınaq imtahanında I-IV ixtisas qrupları üzrə istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

 

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, imtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. 

 

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. 

 

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar