İyunun 10-da keçiriləcək sonuncu sınaq imtahanına qeydiyyat başlayır. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək.
Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.
İyunun 10-da keçiriləcək sınaq imtahanına qeydiyyat 16 may saat 10:00-dan 4 iyun saat 10:00-dək aparılacaq.
Sınaq imtahanının 11 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.
Sınaq imtahanında iştirak haqqı 20 AZN-dir.
Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.