Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də keçirilən buraxılış imtahanlarının statistikasını açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin Lent.az-a verdiyi xəbərə görə, Ana dili fənnindən IX sinif şagirdlərinin 46.59 faizi “2”, 36.33 faizi “3”, 11.77 faizi “4”, 5.31 faizi “5” qiymət alıb.
Riyaziyyat fənnindəın isə IX sinif şagirdlərinin 40.86 faizi “2”, 38.23 faizi “3”, 12.69 faizi “4”, 8.22 faizi “5” alıb.
Ana dili fənnindən XI sinif şagirdlərinin 29.34 faizi “2”, 43.57 faizi “3”, 19.15 faizi “4”, 7.93 faizi “5” alıb.
Riyaziyyat fənnindən isə 31.37 faiz IX sinif şagirdi “2”, 36.20 faiz “3”, 22.00 faiz “4”, 10.48 faiz “5” balla qiymətləndirilib.