Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişlənir
28 iyun 2017 10:40 (UTC +04:00)

Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişlənir

0

41 min əhaliyə xidmət edən Siyəzən Elektrik Şəbəkəsinin inzibati ərazisində  istehlakçıların fasiləsiz, dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir. “Azərişıq” ASC-dən Lent.az-a verilən məlumata görə, rayon ərazisində 60 ədəd yeni komplekt transformator məntəqəsi quraşdırılıb. Rayonun 8 kəndində 0,4 kV-luq şəbəkələr  yenidən qurulub və istismara verilib, digər kəndlərdə yenidənqurma  işləri sürətlə davam etdirilir.

 

Hazırda  rayon mərkəzində 1 ədəd yeni 35 kV-luq yarımstansiya inşa edilir. Son iki ildə rayon ərazisində  0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədi ilə 4.510 ədəd dayaq basdırılıb və 93.8 km ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər)  xətti çəkilib. Həmçinin, 6-10 kV-luq şəbəkənin mövcud vəziyyətini yaxşılaşdırmaq və yenidənqurma məqsədi ilə 40 km naqil çəkilməklə 1.142 ədəd 10 kV-luq dayaq yenilənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar