Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib - YENİLƏNİB
26 iyun 2017 18:04 (UTC +04:00)

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib - YENİLƏNİB

0
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü və bayram tədbirləri təşkil olunub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.
 
İctimaiyyət, KİV nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin konsert proqramları və digər mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.

 

 

11:23

 

Bu gün saat 11:00-da Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” təşkil olunur. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edirlər.

 

 

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar