Seysmoloqlarımıza əməkdaşlıq təklifi
24 sentyabr 2013 15:31 (UTC +04:00)

Seysmoloqlarımıza əməkdaşlıq təklifi

Səudiyyə Ərəbistanının “Saudi ARAMCO” şirkətinin seysmologiya bölməsinin rəhbəri Cvetan Sinadinovski və şirkətin geofiziki Armando Sena Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə görüşən Cvetan Sinadinovski və Armando Sena Azərbaycanda seysmologiyanın inkişaf etdiyini, RSXM-in Monitorinq Mərkəzində görülən işləri yüksək qiymətləndiriblər.

Qurban Yetirmişli Mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verib. Görüş zamanı birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, azərbaycanlı gənclərin Səudiyyə Ərəbistanında doktorantura təhsili almasına dair məsələlər müzakirə edilib. Azərbaycan seysmoloqlarının işi ilə yaxından tanış olduqlarını bildirən Cvetan Sinadinovski  ölkəmizin bu sahədə dünyanın bir çox ölkələri qabaqladığını bildiriblər. Azərbaycan seysmoloqlarının ABŞ, Yaponiya və dünyanın digər aparıcı ölkələri ilə yaxından əməkdaşlıq etdiyini nəzərə çatdıran Qurban Yetirmişli Səudiyyə Ərəbistanı seysmoloqları ilə də əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağına əminliyini ifadə edib.  

# 534
avatar

Oxşar yazılar