GÜNÜN ŞƏRHİ
Bir-biri ilə ideoloji cəbhədə mübarizə aparan dövlətlərin sürətlə silahlanması ilə başlanan “Soyuq müharibə” dövrü arxada qaldı. Lakin, bitmədi. Sergey Lavrovun bəyanatı “soyuq müharibə”nin yenidən isinməsinin işartısıdır. Lakin bu müharibə təkcə fövqəlgüclərin kütləvi qırğın silahına sahib olması yarışı kimi sönük süjetdən ibarət deyil. Biz texnologiyalar əsrində yaşadığımız kimi, müharibələr də texnologiyalar əsrinə uyğunlaşır. Neftin qiymətinin sürətlə ucuzlaşması, daha doğrusu ucuzlaşdırılması “soyuq müharibə”nin yeni silahlarından biridir. ABŞ və Səudiyyə Ərəbistanının əlində olan bu silah digər qütbdə dayanan Rusiya və İrana qarşı çevrilib. Avropa hər il olduğu kimi payız-qış mövsümündə enerji silahı ilə vurulur, bu silahın sahibi isə Rusiyadır. Təbii ki, illərdən bəri qısa epizodlarla davam edən bu gizli müharibəyə son qoymaq fürsəti var, amma fövqəldövlətlərin bu fürsəti əlinin arxası ilə itələyərək qlobal məkanda qüvvələr balansını pozmaq cəhdləri “Soyuq müharibə”ni final nöqtəsinə çatdıra bilər. Rusiyanın narahatlığı finalın nəticəsi ilə bağlı deyil, Kremli narahat edən öz qütbündə cəmləşdirəcəyi dövlətlərin sayının azlığı ilə bağlıdır. Və Lavrovun bəyanatı əslində ABŞ-a deyil, öz yerini müəyyənləşdirməkdə tərəddüd edən ölkələrə ünvanlanıb. Bəyanatın alt mənası isə belədir: “Dünya yenidən sürətlə qütbləşməyə doğru gedir və bu qütbləşmədə tərəf olmamaq mümkün deyil”.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Dekabr
0
0
0
0