Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Fevral
05 fevral 2015 20:12 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Fevral

GÜNÜN ŞƏRHİ

Ukraynanın silahlandırılması münaqişənin daha da gərginləşməsi deməkdir... Ukraynaya yardım göstərməmək separatçılara daha da əl-qol açmaq imkanı yaratmaqdır... Birinci variant Qərb-Rusiya gərginliyini son həddə çatdıra bilər, ikinci variantda Qərb Ukraynanın birdəfəlik itirmiş olar... Tərəflərin kompromisə getməsi qızıl orta olardı, amma indiki situasiyada nə Moskvanın, nə Vaşinqtonun davranışından kompromis iyi gəlmir... Münaqişə tərəflərindən heç biri “qələbəyədək müharibə” variantına da inanmır, bu isə Ukraynada müharibənin hələ uzun müddət davam edəcəyinin əsas göstəricisi sayıla bilər... Münaqişənin nizamlanmasında maraqlı olan tərəflər çoxdur, çünki Ukraynada baş verənlərin dünyada gedən önəmli proseslərlə - neftin qiyməti, yaxud Suriya məsələsi ilə birbaşa bağlılığı var... Bağlılığın kökündə isə qlobal sistemin yenidən formalaşdırılması, yeni qüvvələr balansı yaratmağa cəhd durur... Dünya yenidən iki qütbə bölünür və bu qütblərin ayırıcı xətti Ukraynadan, Suriyadan, Yaxın Şərqdən keçir... Baş verənlərin acı məntiqi budur, lakin hər kəsin qəbul etdiyi başqa bir məntiq də var - maraqların güc tətbiqi hesabına təmin olunması pis presedentdir, bu, dünyadakı qlobal təhlükəsizlik sistemini darmadağın edə bilər. Sonrası isə... Sonrası odur ki, tarixdə beynəlxalq təhlükəsizlik sisteminin sarsılması həmişə dünya müharibələri ilə nəticələnib...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 72
avatar

Oxşar yazılar