GÜNÜN ŞƏRHİ
İŞİD-in statusunun “Əl-Qaidə” səviyyəsinə qaldırılması xüsusi plandır. Planı cızanların hədəfi İraq və Suriya ərazisində quru əməliyyatlarına başlamağa əsas yaratmaqdır. Terror təşkilatının məhv edilməsi üçün quru əməliyyatları bir neçə dəfə gündəmə gəlsə də, bir çox dövlətlər İŞİD təhlükəsinin Yaxın Şərqdən kənara çıxmadığı əsas gətirir, havadan endirilən zərbələri yetərli sayırdılar. Ta ki, Charlie Hebdo vaqiəsinə və Misirdəki terror aktlarına qədər. Bu iki hadisə göstərdi ki, İŞİD artıq yerli miqyaslı terror təşkilatı deyil, Avropada, Afrikada və deməli dünyanın hər yerində partlayışlar törətməyə, terror hücumları təşkil etməyə qadirdir. Bu, bir həyəcan siqnalıdır və ABŞ-ın yenidən İraq ərazisinə hərbi kontingent göndərmək planı bu siqnala cavabdır. Eyni gündə Pentaqonun İŞİD-in 5 ilə tam məhv ediləcəyini açıqlaması Yaxın Şərqdə xaosun nə qədər davam edəcəyini təxmin etməyə əsas verir.

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 31 Yanvar
Oxşar yazılar

Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR
10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05
Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03