Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Mart
24 mart 2015 20:00 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Mart

GÜNÜN ŞƏRHİ
 
Köhnə Dünya Britaniyasız Avropa İttifaqı ehtimalına çoxdan hazırdır. Daha doğrusu faktı qəbul etməyə hazırdır, nəticələri ilə hesablaşmağa isə hazırlıqsızdır. Birləşmiş Krallığın ittifaqı tərk etmək niyyəti avropalı siyasətçilər üçün yenilik deyil. Hələ ötən ilin sonlarında Almaniyanın kansleri Angela Merkel Britaniyanın Avropa İttifaqını tərk edə biləcəyini söyləmiş və bunun səbəblərini açıqlamışdı. Səbəb isə dünya yaranandan mövcud olan problemdir  - varlılar qazandıqlarını kasıblarla bölüşmək istəmir. Baş nazir Devid Kemeron artıq bir neçə ildir ki, Avropaya miqrant axınının ölkəsinin iqtisadiyyatına ciddi zərər vurduğunu deyir və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini istəyir. Kemeron Aİ daxilində sərbəst hərəkət etmək qaydalarının Birləşmiş Krallıq ərazisində tətbiqini dayandırmaq da istəyir. Britaniya konkret olaraq Şərqi Avropadan olan miqrantlara sosial yardım göstərmək istəmir və ingilis siyasətçilər hesab edir ki, rumınlara, bolqarlara ödənəcək sosial yardımlar ölkə vətəndaşlarının rifahı üçün sərf olunmalıdır. Yəni, kasıblar ölkələrin kasıb olmasının əziyyətini biz varlı dövlətlər çəkməməliyik, kasıbları yedirtməkdənsə, onları varlandırmaq yolu tapmaq lazımdır. Britaniya ilə Almaniya arasında illərdir fikir ayrılığına səbəb olan bu məsələ sonda nəhəng bir dövlətin Avropa İttifaqından çıxması ilə nəticələnə bilər. Britaniyanın reaksiyaları Avropa İttifaqı ilə bağlı bir zaman qəbul olunmayan bir fikrin əslində həqiqət olduğunu göstərir - miqrasiya problemləri Avropa İttifaqının bünövrəsinə yerləşdirilən saat mexanizmli bombadır, əgər problem həll olunmasa, bu bomba ittifaqı yerlə yeksan edə bilər. Təkcə Yunanıstanın “Almaniyanı miqrant seli ilə boğaram” təhdidini xatırlamaq kifayətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar