GÜNÜN ŞƏRHİ
Son 300 ildə Yaxın Şərqdə baş verən bütün proseslərdə ingilis barmağı var. Bunun sayəsində “ingilis barmağı” ifadəsi az qala siyasi terminə çevrilib. İngilis xəfiyyələrin özəlliklə islam dinini parçalamaqda, yeni təriqətlərin peyda olmasında, dinlər arasında, təriqətlər arasında ədavətin qızışdırılmasında həlledici rolu olub. Yaxın Şərq incə məsələdir, Yaxın Şərqi incə edən burada baş verən proseslərin arxasında neçə barmaqların olmasıdır. İngilis barmağı, yəhudi barmağı, şeytan barmağı... Bu barmaqlar sayəsində Yaxın Şərq marionetə çevrilib, bu regionda dövlətləri, siyasi qüvvələri, dini təriqətlərin hərəsini bir barmaq oynadır. İndi gəl baş çıxar görək kimi oynadan kimin barmağıdır. Ən peşəkar barmaq isə ingilis barmağıdır, çünki hər işin altından bu barmağın izi çıxır. Bütün dünya, bütün Qərb İŞİD-ə qarşı mübarizə aparırsa, yaxud buna qərar verirsə, İŞİD-in isə tükü belə tərpənmirsə, deməli bu işin arxasında ingilis barmağı var. Amma bu dəfə barmağı gizlədə bilməyiblər, İŞİD-ə silah aparan, bəli, bəli, təəccüblənməyin, İŞİD-ə silah aparan ingilis təyyarələrinin əməli faş olub. İraqlılar da bilərəkdən, ya bilməyərəkdən bu təyyarələri vurublar. İngilislərin də barmaqları bu dəfə qalıb... Göydə... Zarafat bir yana, amma İŞİD faktorunu dəyərləndirən zaman ingilislərin terrorçulara yardım etməsini və İsrailin heç vaxt İŞİD-ə qarşı çıxmadığı faktlarını nəzərdən qaçırmayın. Bax belə...