GÜNÜN ŞƏRHİ
Manatın devalvasiyasının cəmiyyətin gündəlik həyatına təsiri ilə bağlı pessimist proqnozlar özünü doğrultmadı. Gözləntilərə rəğmən gündəlik tələbat məhsullarının qiymətlərində artım müşahidə olunmur. Valyutadəyişmə məntəqələrinə yenə axın var, bu dəfə cəmiyyətə manata tələbat artıb. Axının yaranmasına səbəb bundan əvvəl olduğu kimi yenə də iqtisadi amillər yox, psixoloji amillərdir. İnsanlar dəllalların yaratdığı süni ajiotajın qurbanı olduğunu anlamağa başlayıblar. Azərbaycanla qonşu dövlətlərin hamısı milli valyutanın devalvasiyasını həyata keçirib və heç bir ölkədə bu proses Azərbaycandakı kimi ağrısız ötüşməyib. Rusiyada, Türkiyədə qiymət artımını yada salmaq kifayət edər. Bu mənada insanları əlavə psixoloji basqı altında saxlamaq əbəsdir. Son mesaj həm də yaranmış vəziyyətdən öz qrup maraqları üçün istifadə edənlərədir.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Fevral
96