GÜNÜN ŞƏRHİ
İŞİD haradan peyda oldu? Artıq iki ildir hər kəs öz-özlüyündə bu sualın cavabını axtarır. Hər sualın cavabını tapmaq olmur, çünki cavab əsaslı olmalı, faktlara söykənməlidir. İŞİD-in mənşəyi barədə konkret faktlar olmadığına görə, yalnız ehtimal irəli sürmək olar. Və belə ehtimalların sayı yüzlərlədir. Məsələn, bəzi ekspertlər və araşdırmaçılar hesab edir ki, İŞİD ABŞ və İsrail xüsusi xidmət orqanlarının birgə layihəsidir. Digərləri isə hesab edir ki, ABŞ və İsrail İŞİD yalnız gücləndirdikdən sonra bu faktoru dəyərləndirməyə başlayıb. Bu iki versiyanın tərəfdarlarının öz əsaslandırması var. Məsələn, sual edirlər ki, əgər İŞİD gerçəkdən fanatik dindar kütlənin nümayəndələrindən təşkil olunmuşdusa, onda bu fanatik dindarlar tank sürməyi haradan bilirlər? Təyyarə sürməyi harada öyrəniblər? Hücum taktikası, strateji hərbi planlaşdırma kimi ciddi elmi biliklərə harada yiyələniblər? Bütün dünyanı aldadacaq dərəcədə yüksək səviyyəli çəkiliş və montaj prosesini onlara kim öyrədib? Və sonuncu sual. Uzun müddətli və yüksək səviyyəli xüsusi təlim keçmədən bu bilik və bacarıqlara yiyələnmək olarmı? Olmazsa, o zaman İŞİD-ə bu təlimi kim keçib? Maraqlı suallardır. Suallara cavabı özünüz tapın.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Dekabr
0
0
0
0