Amerikada yaşayan azərbaycanlılar Xocalı qətliamının tanınması məqsədilə Ağ evin rəsmi veb səhifəsində petisiya yerləşdirib .
Lent.az-a verilən məlumata görə, Ağ Evin rəsmi səhifəsində yer alan “Biz xalqıq” (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.
Dünya Azərbaycanlı Gənclər Birliyi kampaniyanın geniş vüsət almasına nail olunması məqsədi ilə Xocalı faciəsində zərər çəkmiş, ailə üzvlərini itirmiş xanımın səssiz müraciətinin yer aldığı video-rolik hazırlayıb.