Şərti dağıdıcı zəlzələ ilə bağlı müdafiə təlimi keçirildi
30 oktyabr 2013 11:32 (UTC +04:00)

Şərti dağıdıcı zəlzələ ilə bağlı müdafiə təlimi keçirildi

 

Bu gün H. Z. Tağıyev-çeşidləmə stansiyasının ərazisində dəmir yolu qovşağı üzrə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə (MM) orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, təlimin əsas məqsədi fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığının əks etdirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərlərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi olub.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin təşkilatçılığı ilə keçirilən təlimdə dəmir yolu qovşağının obyekt rəhbərləri, rayon və qovşaq  Fövqəladə hallar komissiyasının üzvləri, MM qüvvələri iştirak ediblər. Hazırlıq işləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun və baş texniki müfəttiş Oqtay Abbasovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib. H. Z. Tağıyev-çeşidləmə stansiyasının ərazisində keçirilən təlim həyəcan siqnalının verilməsi ilə başlanıb. MM rəhbərləri, FHK üzvləri   qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplanıb. Qovşaq rəhbəri, Z. Tağıyev-çeşidləmə stansiyasının rəisi Tahir Əliyev məlumat verib ki, şərti olaraq səhər saatlarında stansiyanın ərazisində 6,5 bal gücündə zəlzələ baş verib. Dəmir yolu qovşağında dağıdıcı zəlzələ təsirsiz ötüşməyib. Zəlzələ nəticəsində  zəlzələ nəticəsində stansiyanın ərazisində dayanmış 1 yük və 1 sərnişin vaqonu relsdən çıxıb və hər iki vaqonda yanğın baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.  Stansiyada xidməti binaların bəzi sahələrində uçqunlar olub.

 

Qovşaq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana  biləcək  vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirlərinə, manqa komandirləri öz növbəsində nəticələri mülki müdafiə rəhbərinə məruzə ediblər. Təhlükəsizlik komandasının ictimai asayişi mühafizə qrupu ərazini dərhal çəpərlədi  və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı”  siqnalı verilib. Müvəqqəti rabitə bərpa edilib. Yanğından mühafizə qatarı əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılar kənara çəkilib. Təcili tibbi yardım maşını və xilasetmə qrupu əraziyə daxil olub, xilasetmə işlərinə başlanılıb. Yaralılara ilkin tibbi yardım göstərdi və xərəklə tibb məntəqəsinə aparılıb. ”Fövqəladə Hallar Qatarı”  MMC-nin bölmələri və digər bərpa qrupları müxtəlif istiqamətlərdən əraziyə yaxınlaşaraq  bərpa işlərinə başlayıblar. Yanğın tamam söndürülüb, relsdən çıxmış vaqon qaldırılıb. Yolun sıradan çıxmış hissəsi bərpa olunub.  Bərpa işləri başa çatandan sonra hər bir qrup və manqa komandirləri MM Qərargah rəhbərinə məruzə ediblər. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin Mülki Müdafiə üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək qovşaq MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045
avatar

Oxşar yazılar