<b>Sərnişin sıxlığını aradan qaldırmaq üçün əlavə nəqliyyat vasitələri ayrıldı</b>
04 iyul 2018 10:29 (UTC +04:00)

Sərnişin sıxlığını aradan qaldırmaq üçün əlavə nəqliyyat vasitələri ayrıldı

Dövlət Avtomobil Nəqliyyat Xidməti Bakı şəhər inzibati ərazi dairəsində nəqliyyatın hərəkətindəki sıxlığı nəzərə alaraq sərnişinləri daşımaq üçün əlavə nəqliyyat vasitələri ayırıb.

 

Lent.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki, sərnişinlərin əlavə nəqliyyat vasitələri ilə təmin olunması üçün Bakı Nəqliyyat Agentliyinin işinə dəstək olaraq həm müfəttişlər, həm də xüsusi ehtiyat nəqliyyat vasitələri ərazidədir.

 

Cəlb edilən əlavə nəqliyyat vasitələri tam ödənişsiz əhaliyə xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335
avatar

Oxşar yazılar