Səməd Seyidov şeirdə psixologiyadan yazdı
23 sentyabr 2013 11:24 (UTC +04:00)

Səməd Seyidov şeirdə psixologiyadan yazdı

“Məndə qəribə hisslər baş qaldırdı...”

 

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovun “Psixoloqiya v stixax i…” (Psixologiya şeirlərdə və...) adlı kitabı işıq üzü görüb.

 

ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, min tirajla “Qanun” nəşriyyat evində səhifələnən şeirlər kitabının redaktoru Bela Zakirovadır.

 

Rus dilində yazılmış kitab 84 səhifədən ibarətdir. Kitabda “Oda tvorçestvu” (“Yaradıcılıq qəsidəsi”), “Liçnostğ” (“Şəxsiyyət”), “Kto razdelil moy mir prekrasnıy?” (“Mənim möhtəşəm dünyamı paylaşan kimdir?”), “Tak prav li bıl filosof Şpenqler?” (“Filosof Şenqler haqlı idimi?”), “Duşa i slovo” (“Könül və kəlmə”), “Dobro i zlo” (“Xeyir və şər”), “Kak prosto” (“Çox sadəcə”), “Kak tolğko solnüa luç” (“Günəş şölə saçan kimi”), “Doverie” (“Etimad”), “Voronğe” (“Yırtıcılar”), “Moe lekarstvo” (“Mənim əlacım”), “Kak veter” (“Yel kimi”), “Lyubimaya, kak tı prekrasna!” (“Necə lətafətlisən, sevgili canan”), “Opomnisğ, bojğe sozdanie” (“Aç gözlərini, ilahi məxluq”) başlıqları altında psixoloji-fəlsəfi şeirlər öz əksini tapıb.

 

Kitab müəllifin 2010-cu ildə nəşr olunmuş “Yaradıcılığın fenomenologiyası” adlı kitabının yenidən işlənmiş versiyasıdır, lakin hazırkı nəşrdə fikirlər şeir formasında ifadə olunub. Müəllif “Psixoloqiya v stixax i…” kitabına yazdığı ön sözdə qeyd edir ki, 2010-cu ildə o kitab işıq üzü gördükdən sonra onda qəribə hisslər baş qaldırıb: “Narahatlıq, natamamlıq kimi hissləri xatırladan bu duyğuları sözlə ifadə etmək çox çətindir. Düşündüm ki, yenidən nəsə etmək, yazmaq, söyləmək lazımdır. Bu anlaşılmaz hisslər şeir formasında dərc olunan kitabımı yazmayana qədər məni tərk etmədi. Yaradıcılıqla məşğul olmaq - çox qəliz bir məsələdir, ona toxunaraq biz yeni bir aləmə düşürük, başqa reallıqlarla üz-üzə qalırıq. O, səni səndən alaraq tamamilə öz əhatəsinə alır... Və artıq işi görüb tamamladıqdan sonra sözügedən vəziyyət peyda olur. Yaşadığın, çalışdığın real həyat öz dəyərini itirir, hətta səni əhatə edən insanların da münasibətləri bir o qədər də məna verməməyə başlayır. Yalnızca yaradıcılıq, bu ilahi hissi yenidən duymaq istəyi, duyğular...”.

 

Müəllif yaradıcılığa dair hisslərini şeirlərlə kitabda cəm etdikdən sonra yenə də etdiklərinin yetərli olmadığını və yeni bir araşdırmaya başlamağın zəruri olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Oxşar yazılar