Səməd Seyidov İraq səfiri ilə görüşüb
11 sentyabr 2014 14:20 (UTC +04:00)

Səməd Seyidov İraq səfiri ilə görüşüb

Sentyabrın 11-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakla görüşüb. Universitetdən Lent.az-a verilən məlumata görə, Səməd Seyidov səfiri ADU-da görməkdən məmnun olduğunu deyib və universitetdə aparılan islahatlar haqda danışdı. O, ADU-da 6000 tələbənin təhsil aldığını bildirib, yeni tədris ilində yeni dillərin tədrisinin nəzərdə tutulduğunu deyib, o cümlədən bu tədris ilindən universitetdə macar dilinin tədrisinə başlamasından söz açıb. ADU-nun tələbə yataqxanasının tam təmir edildiyini, universitetin İnformasiya Resurs Kompleksinin (İRK), İRK-nın Amerika mərkəzinin yenidən açılmasının nəzərdə tutulduğunu sözlərinə əlavə edən. S.Seyidov Bakıda müxtəlif beynəlxalq forumların keçirildiyini səfirin diqqətinə çatdırıb.

 

Qəbula görə təşəkkür edən İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak, öz növbəsində ADU-da olmaqdan məmnun olduğunu deyib. Görüşdə Azərbaycan-İraq münasibətləri, həmçinin ikitərəfli əlaqələr və əməkdaşlığın inkişafı haqda fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025
avatar

Oxşar yazılar