Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov avqustun 26-da Fondun Oğuz rayon şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Fonddan Lent.az-a verilən məlumata görə, qəbulda Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak edib.
Vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Oğuz rayon şöbəsinə aparılıb- gətirilmələri təmin olunub. Görüşdə 20-yə yaxın vətəndaşın müraciətinə baxılıb.
Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Bu tipli müraciətlərin müvafiq orqanlara ünvanlanacağı nəzərə çatdırılıb.