Səlim Müslümov Vasif Talıbovla görüşüb
13 fevral 2015 11:00 (UTC +04:00)

Səlim Müslümov Vasif Talıbovla görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  Naxçıvan Muxtar Respublikasında olub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin gün S. Müslümov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. 

Ali Məclisin sədri əmək və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan islahatların Naxçıvan MR-də də yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. V.Talıbov bildirib ki, MR-də bütün işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin tam rəsmiləşdirilməsinə, bütün iş yerlərində, o cümlədən özəl müəssisələrdə işçi hüquqlarının təminatına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına dövlət nəzarətinin təmin edilməsi diqqətdə saxlanılır.

S.Müslümov blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan MR-nın bütün sahələrdə  əldə etdiyi tarixi nailiyyətlərin, beş min illik şəhər mədəniyyəti olan Naxçıvanın bu günkü dinamik inkişafının, burada aparılan davamlı və genişmiqyaslı tikinti-quruculuq işlərinin qürurverici olduğunu vurğulayıb.

Görüşdə Naxçıvan MR-də əmək və sosial müdafiə sahələrində görülən işlərə, aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.

Daha sonra S.Müslümov Naxçıvan MR-rə səfəri çərçivəsində Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazir Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154

Oxşar yazılar