Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 25-də Ağdamda bölgə sakinlərinin şikayətini dinləyəcək. Bu barədə Lent.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazir Ağdam, Ağcabədi, Laçın və Bərdə rayonlarının sakinləri ilə görüşəcək. S. Müslümovla görüşmək istəyənlərin xüsusi ayrılmış nəqliyyatla Ağdama aparılıb-gətirilmələri təmin ediləcək.