Səhiyyə Nazirliyindən vətəndaşlar üçün daha bir yenilik
13 fevral 2013 17:17 (UTC +04:00)

Səhiyyə Nazirliyindən vətəndaşlar üçün daha bir yenilik

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vətəndaşlara İmmunlaşdırma təqvimi haqqında məlumatları elektron xidmət vasitəsi ilə çatdıracaq. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

 

Hazırda test mərhələsində olan bu xidmətdən bütün mobil operator istifadəçiləri faydalana biləcəklər. Bunun üçün vətəndaşlar istənilən mobil operatordan "peyvənd" sözünü və uşağın elektron sağlamlıq kartındakı unikal kodunu yazaraq 9103-ə mesaj göndərməlidir. Bundan sonra onlara uşağın növbəti peyvəndinin adı və tarixi barədə məlumat veriləcək.

 

Elektron sağlamlıq kartlarının verilməsi ölkə üzrə tətbiq edildiyi üçün bu xidmət ölkə üzrə həyata keçiriləcək.

 

İmmunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması xidməti Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş elektron xidmətlərdən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254

Oxşar yazılar