Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a palatadan məlumat verilib. Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ayrılan vəsaitlərin icrası, həmçinin dövlət büdcəsinin “Elm” köməkçi bölməsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə, “Təhsil” bölməsi üzrə Mingəçevir Politexnik İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatın qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Səhiyyə Nazirliyi və AMEA-dakı yoxlamaların nəticəsi MM-ə təqdim olunacaq
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06