2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları iştirakçılarına və xarici qonaqlara keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlıq üçün dəvət edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən ali tibbi təhsil (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə), 25 - 45 yaş arası olmaları tələb olunur. Eyni zamanda xarici dilləri bilən şəxslərə üstünlük verilir.
Maraqlananların tərcümeyi-hallarını [email protected] elektron poçtuna 31.10.2014-cü il tarixinədək göndərməsi xahiş olunur.
Qeyd edək ki, ənənəvi və innovativ idman növləri ilə tanınan dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı bu yarışmada iştirak üçün 20 günə yaxın müddət ərzində Azərbaycanda olacaqlar.

Səhiyyə Nazirliyi könüllü axtarır
0
0
0
0