Səhiyyə Nazirliyi “Şıxov”da çimməyi qadağan edəcək
10 iyun 2013 17:32 (UTC +04:00)

Səhiyyə Nazirliyi “Şıxov”da çimməyi qadağan edəcək

“Şıxov” çimərliyində çimmək qadağan olunacaq”. Lent.az-ın məlumatına görə, bunu APA TV-nin “Sosium” proqramına müsahibəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, dəniz sularının laborator müayinəsinin nəticələrinə əsasən bu qənaətə gəlinib: “Artıq həmin ərazidə məlumat da yerləşdiriləcək”.

 

Z. Kazımov onu da vurğulayıb ki, vətəndaşlar da qadağan olunmuş çimərliklərə getməsinlər: “Çünki qadağan olunmuş çimərliklərdə çimmək, yəni insanların məsuliyyətsizliyi onlarda mədə-bağırsaq xəstəliklərinin yaranmasına və yayılmasına səbəb olur. Əhalini bununla bağlı maarifləndirmək istiqamətində işlər aparılıb. Eyni zamanda roliklərin də hazırlanması müsbət bir addım olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136

Oxşar yazılar