Səhiyyə Nazirliyi 20 nəfəri işdən uzaqlaşdırdı - AÇIQLAMA
26 noyabr 2013 17:22 (UTC +04:00)

Səhiyyə Nazirliyi 20 nəfəri işdən uzaqlaşdırdı - AÇIQLAMA

Gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 38 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 13 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Bu barədə Lent.az-a qurumdan məlumat verilib.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 721, mikrobioloji göstəricilərinə görə 660, toksikoloji göstəricilərinə görə 137, radioloji göstəricilərinə görə 12 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 2-də orqanoleptik və fiziki-kimyəvi, 5-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

 

Şadlıq evlərindən 3582 yaxma nümunəsi, 215 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 44 yaxma nümunəsi və 1 soyuq qəlyanaltı nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

 

Oktyabr ayı ərzində əhali arasında 71 qida zəhərlənməsi hadisəsi baş vermiş, 79, nəfər zərərçəkən olub. O cümlədən 3 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1729

Oxşar yazılar