Səhiyyə naziri Tibb Universitetinə baxış keçirdi
06 may 2014 17:26 (UTC +04:00)

Səhiyyə naziri Tibb Universitetinə baxış keçirdi

 

Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, millət vəkili Əhliman Əmiraslanovla birgə ATU-nun Stomatoloji Klinikasının nəzdində yeni tikilən Stomatoloji Tədris Mərkəzinə baxış keçirib. ATU-nun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Stomatoloji Klinikanın direktoru Alqış Səfərov mərkəzdə quraşdırılan yeni, məxsusi olaraq mərkəz üçün Avropadan gətirilən avadanlıqlar barədə məlumat verib. A. Səfərovun sözlərinə görə, dünyanın yalnız aparıcı ölkələrinin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir.

 

O.Şirəliyev Stomatoloji Mərkəzdə görülən işləri, klinikanın təchizatını yüksək dəyərləndirdiyini deyib. Nazirin sözlərinə görə, klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə cavab verir və bu cür müasir, modern texnoloji avadanlıqlarla çalışmaq rezidentlər üçün müsbət təcrübə yaradacaq.

 

Daha sonra isə O.Şirəliyev və Ə.Əmiraslanov ATU-nun 4 saylı tədris binasındakı vəziyyət, xüsusilə Elektron mikroskopiya laboratoriyasında quraşdırılan yeni avadanlıqla tanış olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar