“Ötən əsrin əvvəlində Azərbaycanda 300-dən bir az artıq həkim çalışırdısa, indi bu rəqəm 32 mini keçib”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib.
O. Şirəliyev qeyd edib ki, bu gün səhiyyə sahəsində imkanlar ildən-ilə artır. “Amma insanların tələbi də artır. Çünki sərhədlər açıqdır, hər bir Azərbaycan vətəndaşının istədiyi ölkəyə səyahət etmək, orada səhiyyə xidmətlərindən xəbərdar olmaq imkanları var. Bu gün insanlar Azərbaycan səhiyyəsini ABŞ, İngiltərə səhiyyəsi ilə müqayisə edirlər və onlarla eyni səviyyədə olmasını istəyirlər. Əlbəttə ki, biz də bunu istəyirik və bunun üçün çalışırıq. İnşallah, bizim səhiyyəmiz onlardan da yüksək səviyyədə olacaq".