<b>Bakıda şəhid Təbriz Musazadənin adına təhsil mərkəzi açılıb</b> - <span style="color:red;">Şəhid övladlarına pulsuz
26 avqust 2016 17:43 (UTC +04:00)

Bakıda şəhid Təbriz Musazadənin adına təhsil mərkəzi açılıb - Şəhid övladlarına pulsuz

 

Aprel döyüşlərində şəhid olan pilot Təbriz Musazadənin xanımı Pərişan Musazadə mərhum həyat yoldaşının adını daşıyan təhsil mərkəzi açıb. Lent.az-ın "qafqazinfo"ya istinadən məlumatına görə, təhsil mərkəzi Ağa Nemətulla küçəsi 20-də yerləşir. 

 

Sözügedən təhsil mərkəzini Pərişan xanım şəhid yoldaşının adını yaşatmaq üçün açdığını deyir:

 

“Təbrizin doğum günündə, yəni avqustun 12-də açılışımızı etdik. Əvvəllər Təbrizlə öz soyadımızla bağlı bir kurs açmaq planımız var idi. O, təhsilə çox önəm verirdi. Həmişə də tələbələrindən savadlı, dünyagörüşlü olmalarını istəyirdi. Zamanında qismət olmadı. Aprel döyüşlərində şəhid olandan sonra biz onun adının həmişəlik yaşaması üçün belə bir kurs açmaq qərarına gəldik.

 

Bu mərkəzi tam öz gücümə açmışam. Burada şəhid övladlarına tam pulsuz təhsil veriləcək. Çünki onlar artıq öz borclarını yerinə yetiriblər. Müharibədə iştirak edən hərbçi ailələrinin, qazilərin övladlarına isə güzəştlər edilir. Mərkəzdən yığılan pulları da xeyriyyə məqsədilə şəhid ailələrinə vermək niyyətimiz var”.

 

Şəhid xanımı mərkəzin genişləndirilməsi və əlavə avadanlıqların alınması üçün vətəndaşlarımızın da ona dəstək olmasını arzulayır: “Mən bütün bunları 4 aylıq pensiyanı bir araya yığaraq etmişəm. İndi çatışmayan avadanlıqlarımız var. İki övladım da var. Onları da təmin etməliyəm”.

 

Qeyd edək ki, mərkəzdə 4 yaşından başlayaraq məktəqədər hazırlıqdan tutmuş magistraturaya qədər bütün hazırlıq dərsləri keçirilir. Həmçinin burada ingilis, rus dili, rəqs, rəsm, şahmat, loqoped, psixoloq dərsləri də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar