Səbail rayonu ərazisində 500 mm diametrli magistral su xəttində yenidənqurma işləri aparılır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, yenidənqurma işləri ilə əlaqədar mayın 15-də, gün ərzində 20-ci sahə yaşayış massivinə və Salyan şosesinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla görə “Azərsu” ASC abunəçilərdən üzr istəyir.