Səbail rayonunda ilin birinci rübünün yekunları müzakirə edilib. Lent.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışıb. A.Əsgərov bildirib ki, 2014-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 5.562,8 milyon manatlıq sənaye məhsulu istehsal edilib, nəqliyyat müəssisələri tərəfindən 115.5 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 101.7 milyon manatlıq xidmətlər göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1203.9 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,0 % çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 553.7 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 54.7 % çoxdur.
3 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 56.0 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22.7 % çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən əhaliyə 67.0 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.7 % çoxdur.
I rübdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 56.0 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22.7 % çox əmtəə satılıb, 18.7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29.4 % çox iaşə xidmətləri göstərilib. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2.3 % artaraq 67 milyon manat olub. Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olub, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 112407 nəfər, orta aylıq əmək haqqının məbləği isə 905.1 manat olub ki, bu da keçən illə müqayisədə 1 % çoxdur.
2014-cü ilin I rübündə Səbail rayonu ərazisində 537 (ilkin məlumat) yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir. 2014-cü ilin ilk 3 ayı ərzində 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın və Badamdar qəsəbəsində yeni İdman Kompleksinin və 3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir. Haızırıda rayon ərazisində Su İdmanı sarayının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın, Badamdar qəsəbəsində yeni Xəstəxananın, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, Neftçilər prospektində İdman Oyunları Sarayının (Əl Oyunları sarayı) əsaslı təmiri davam edir.
İclasda RİH Başçısının müavini Eldar Ağayev, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev, Səbail rayon Qaz istismar sahəsinin rəisi Sadıx Rəhimov və başqaları çıxış ediblər. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Səbaildə ilin birinci rübünün yekunları müzakirə olunub
471