Səbail sakinləri tibbi müayinədən keçirilir
11 fevral 2015 14:33 (UTC +04:00)

Səbail sakinləri tibbi müayinədən keçirilir

Respublikanın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb. Lent.az-ın məlumatına görə, bununla əlaqədar Səbail  rayon İcra Hakimiyyəti tərəfindən  aidiyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir.

 

Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova bildirib ki, rayonda gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində şəhərin mərkəzindəki  1 və  2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunub. Fevralın 2-dən etibarən artıq rayon üzrə 9600 nəfərin müayinələrdən keçməsi təmin olunub. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər.

 

33 saylı şəhər poliklinikasının şöbə müdiri Afət Qədirova bildirib ki, çalışdığı tibb müəssisəsinin əsas binasında və poliklinikanın 20-ci sahədəki 1 saylı şöbəsində  əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılmış, poliklinika lazımi dərman preparatları ilə təchiz olunub, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Poliklinikanın xidməti ərazisində 32154 nəfər əhali yaşayır və bu günə kimi aşkara çıxarılan xəstəliklər üzrə müalicələr təşkil edilir.

 

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq ediblər.

 

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar