Səbail rayonuna suyun verilməsi dayandırılıb
04 mart 2013 11:06 (UTC +04:00)

Səbail rayonuna suyun verilməsi dayandırılıb

Yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır

 

 

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində yeni çəkilmiş 500 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar martın 4-də gün ərzində Səbail rayonun Bibiheybət qəsəbəsinə və  20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535
avatar

Oxşar yazılar