Səbail ictimaiyyəti Qurtuluş günü ilə bağlı tədbir keçirilib
14 iyun 2013 11:06 (UTC +04:00)

Səbail ictimaiyyəti Qurtuluş günü ilə bağlı tədbir keçirilib

Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunur. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq iyunun 13-də rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə S.Vurğun adına Dövlət Rus Dram Teatrında əlamətdar günlə əlaqədar təntənəli tədbir keçirilib. Tədbiri açıq elan edən Səbail RİH başçısı Asif Əsgərov Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş çıxış edib: “Ümummilli liderin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikasını nümayiş etdirir. Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası, yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçəkliklərində təzahür edir.  Bir məqamı isə tam əminliklə ifadə etmək olar ki, ulu öndərin bizə miras qoyduğu dövlətçilik irsi bu gün də yaşayır, bu irsin daşıyıcısı olan prezident İlham Əliyevin timsalında xalqımızın mütərəqqi inkişaf yoluna daim işıq saçır”.

 

Rəsmi hissədən sonra tədbir iştirakçıları və qonaqlar S.Vurğun adına Dövlət Rus Dram Teatrı truppasının ifasında M.F.Axundovun «Müsyo Jordan və Dərviş Məstəli-şah» komediyasına tamaşa ediblər. Xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi tamaşada iştirak edən xalq artisti Məbud Məhərrəmov, əməkdar artistlər Fuad Osmanov, Natalya Şarovskaya, Mələk Abbaszadə, artistlər Murad Məmmədov, Milana Mərdəxanova, Salman Bayramov və başqalarının ifaları alqışlarla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412
avatar

Oxşar yazılar