Şahinləri qanunsuz saxlayan şəxs cərimələndi
18 avqust 2017 12:26 (UTC +04:00)

Şahinləri qanunsuz saxlayan şəxs cərimələndi

Sosial şəbəkələrdə şahin quşlarının satılması barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

 

ETSN-dən Lent.az-a  verilən məlumata görə, araşdırma zamanı ölkənin “Qırmızı Kitabı”na daxil edilmiş üç şahin quşunun Bakı şəhər sakini Telman Zöhrabov tərəfindən təbiətdən qanunsuz götürülərək ona məxsus bağ evində saxlanıldığı və quşların təbii mühitdən götürülməsi, saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.

 

Faktla bağlı T.Zöhrabov barəsində protokol tərtib olunub və o inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

 

Şahin quşları götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Fərizə Əhmədova

Oxşar yazılar