Şahbaz Xuduoğlu 150 min manat cərimələndi
28 fevral 2014 18:49 (UTC +04:00)

Şahbaz Xuduoğlu 150 min manat cərimələndi

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu 150 min manat cərimələnib. Bu barədə “Axar.az”a naşir özü məlumat verib.

 

Naşir bu vəziyyətə etiraz da edib: “Bilirsiniz ki, Vergilər Nazirliyi bir müddət əvvəl yoxlamalara başlamışdı. Nəşriyyatın sənədlərini də qanunsuz olaraq müsadirə etmişdi. Bu müsadirəyə etiraz olaraq məhkəməyə müraciət etdik və nəhayət, 7 iclasdan sonra məhkəmə bizim işimizə baxmaqdan imtina etdi”.

 

Xuduoğlu bildirib ki, nəşriyyata qayıtdıqda Vergilər Departamentinin İstintaq İdarəsindən onlara 150 min manatlıq cərimə ilə bağlı bildiriş gəldiyini görüb: “Qeyd edilən cərimə qanunsuz müsadirə edilən sənədlərin yoxlanılmasından sonra yazılıb. Heç bir halda belə qərar olmamalıydı. Kitabı dirildən yeganə nəşriyyatıq. Belə bir nəşriyyatı məhv etməkdə məqsəd nədir?”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148
avatar

Oxşar yazılar