Yeni dərs ilində şagirdlərin, xüsusilə, yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti diqqət mərkəzində saxlanılacaq. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar yerli təhsil orqanları ilə davamlı işlər həyata keçiriləcək, seçmə qaydada monitorinqlər təşkil olunacaq və onların nəticələri müzakirə edilib təkliflər hazırlanacaq.
Nazirlikdən bildirilib ki, ölkədə oxuyub yazmağı bacarmayan insanların statistikasının aparılması Təhsil Nazirliyinin səlahiyyətlərinə aid deyil: “Ümumtəhsil məktəblərində təhsil alan şagirdlər isə aidiyyəti təlim standartları çərçivəsində yaş və sinif səviyyəsinə uyğun yazı və oxu bacarıqlarına yiyələnirlər. Potensial imkanlarına görə şagirdlərin oxu və yazı bacarıqlarının səviyyəsi fərqli də ola bilər və bu, hal təbii sayılmalıdır”.