Sabunçu Məhkəmə Kompleksinin təməli qoyulub
22 yanvar 2013 19:26 (UTC +04:00)

Sabunçu Məhkəmə Kompleksinin təməli qoyulub

Bu gün 22-də Sabunçu rayonunda 2 məhkəmənin - rayon və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələrinin təməlqoyma mərasimi keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Sabunçu rayonu icra hakimiyyətinin başçısı Adil Vəliyev, Dünya Bankının ölkə üzrə meneceri xanım Larisa Leşçenko iştirak edib. Ümumi sahəsi 9 min m2-dən çox olan məhkəmə kompleksi beş mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilib.
 

Tədbir iştirakçıları Sabunçu Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub və daha sonra kompleksin təməli qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346
avatar

Oxşar yazılar