Sabir Rüstəmxanlı Doğu Türküstanda
09 iyul 2013 16:05 (UTC +04:00)

Sabir Rüstəmxanlı Doğu Türküstanda

Millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Doğu Türküstanda səfərdədir. Lent.az-ın məlumatına görə, bu barədə S. Rüstəmxanlının özü məlumat verib. Məlumata əsasən, səfərin məqsədi Azərbaycan və uyğur türkləri arasında bir çox sahələrdə, o cümlədən ədəbi sahədə əməkdaşlığı inkişaf etdirməkdir.

Azərbaycanlı və uyğur iş adamlarının iştirakı ilə Urumçidə görüş keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı perspektivlər müzakirə edilib.

Səfər çərçivəsində Tanrı dağını, qədim Kaşğar şəhərində Yusif Balasaqunlu və Mahmud Kaşğarinin məzarlarını ziyarət edən S. Rüstəmxanlı yazıçı və naşirlərlə də görüşüb. Görüş çərçivəsində Azərbaycan-uyğur ədəbi əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb. Bədii nümunələrin oxuculara tanıtdırılması məqsədilə tərcümə ədəbiyyatının inkişaf etdirilməsi üçün S. Rüstəmxanlının “Göy Tanrı” əsərinin uyğur dilinə tərcümə edilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, ötən ayın sonunda uyğur türklərinin yaşadığı Doğu Türküstanda daha bir qətliam baş verib. Çin hakimiyyəti ölkənin şimal-qərbində, Uyğur-Sincan Muxtar əyalətinin mərkəzi Urumçidən 280 km aralı, Turfan şəhərinin Lukqun qəsəbəsində uyğurlara qarşı yeni təxribatlar təşkil etməkdə suçlu bilinib. Baş vermiş qarşıdurma nəticəsində 27-dən çox uyğur türkü qətlə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar