<b>Sabahın hava proqnozu:</b><span style="color:red;"> 37 dərəcə isti, külək
02 sentyabr 2017 11:59 (UTC +04:00)

Sabahın hava proqnozu: 37 dərəcə isti, külək

0

 

Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  23-25, gündüz  28-33, Bakıda gecə  23-25, gündüz  31-33° isti olacaq. 

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti  əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda  şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə  19-24°, gündüz  32-37° isti, dağlarda gecə 14-19°, gündüz  24-29° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar