Sabahdan temperatur yüksələcək - YENİLƏNİB
25 iyun 2014 14:26 (UTC +04:00)

Sabahdan temperatur yüksələcək - YENİLƏNİB

Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında küləyin sürəti azalacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu 2-3 dərəcə yüksələcək.

 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 35 dərəcə olacaq. Rayonlarda isə iyunun 26-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.


Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1419

Oxşar yazılar