Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, iyulun 31-i gündüzdən respublika ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçməsi və temperatur rejiminin son günlərlə müqayisədə 3-5 dərəcə yüksəlməsi ehtimalı meyvə, tərəvəz və otlaq bitkilərinin inkişafını təmin edəcək, yetişmiş məhsulun yığılması üçün əlverişli olacaq.
Yağıntısız hava aqrotexniki işlərin aparılmasına şərait yaradacaq.