<b>Sabah rayonlarda temperatur 35 dərəcəyə qalxacaq</b>
21 sentyabr 2017 12:19 (UTC +04:00)

Sabah rayonlarda temperatur 35 dərəcəyə qalxacaq

0

Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz  31-33° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar